Hollivud rejissoru Kventin Tarantino israilli müğənni, 35 yaşlı Daniela Piklə evlənib.
Anews.az xəbər verir ki, cütlük Los-Anceles şəhərində toy mərasimi təşkil edib.
2009-cu ildə tanış olan Kventin və Daniela 2017-ci ildə nişanlanmışdı.
Qeyd edək ki, 55 yaşlı Kventin Tarantino heç vaxt evli olmayıb. O, bunu işlərinin çox olması ilə əlaqələndirirdi:
"Mən film çəkəndə başqa heç nə etmirəm. Hər şey film üçün olur. Mənim nə xanımım, nə u.ağım var. Heç nə mənim yolumun üstündə dayana bilməz”, - deyə o bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !