ÇL-da 1/8 finala yüksələn 7 komanda məlum oldu - NƏTİCƏLƏR

08:56 | 11.12.2013
ÇL-da 1/8 finala yüksələn 7 komanda məlum oldu - NƏTİCƏLƏR

ÇL-da 1/8 finala yüksələn 7 komanda məlum oldu - NƏTİCƏLƏR

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində son turun oyunlarına start verilib.Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutacaqdı ki, bunlardan biri - B qrupunda "Qalatasaray" - "Yuventus" qarşılaşması güclü qar yağması səbəbindən təxirə salınıb.A qrupunun lideri "Mançester Yunayted" Ukraynanın "Şaxtyor" (Donetsk) klubu qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. "Bayer" (Leverkuzen) klubu isə səfərdə "Real Sosyedad"ın qonağı olub və minimal hesablı qələbə qazanıb - 1:0. Beləliklə "Mançester Yunayted" və "Bayer" (Leverkuzen) 1/8 finala yüksəlib.B qrupunda "Real" (Madrid) klubu səfərdə "Kopenhagen"in qonağı olub və 2:0 hesablı qələbəyə sevinib. Madid klubu da 1/8 finala yüksəlib. C qrupunda PSJ klubu Portuqaliyaya səfər edib. Paris təmsilçisi Priney yarmadasında "Benfika"nın qonağı olub. Görüş 2:1 hesabı ilə meydan sahiblərinin xeyirə başa çatıb. Yunanıstanda isə "Olimpiakos" klubu "Anderlext"lə münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmada da meydan sahibləri qələbə qazanıb - 3:1. C qrupundan 1/8 finala vəsiqəni PSJ və "Olimpiakos" qazanıb.D qrupunda Moskva CSKA-sı Çexiyada "Viktoriya" ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Bu mövsüm itkisiz irəliləyən Almaniyanın "Bavariya" klubu isə doğma azarkeşləri önündə "Mançester Siti"yə məğlub olub - 2:3. Beləliklə D qrupundan "Bavariya" və "Mançester Siti" 1/8 final mərhələsinə vəsiqəni təmin edib.Qeyd edək ki, ÇL-də qrup mərhələsinin oyunlarına sabah axşam keçiriləcək 8 oyunla yekun vurulacaq.10 dekabrÇempionlar Liqasının qrup mərhələsi, VI turA qrupu23:45. "Mançester Yunayted" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:0 Qol: Fil Cons, 67 (1:0)23:45. "Real Sosyedad" (İspaniya) - "Bayer" (Leverkuzen) - 0:1Qol: Toprak, 41 (0:1) B qrupu23:45. "Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya) - 0:0 (Təxirə salınıb)23:45. "Kopenhagen" (Danimarka) - "Real" (Madrid, İspaniya) - 0:2Qollar: Modriç, 25 (0:1), Ronaldo, 49 (0:2)C qrupu23:45. "Benfika" (Portuqaliya) - PSJ (Fransa)- 2:1 Qollar: Kavani, 37 (0:1), Lima, 44 (1:1), Qaytan, 58 (2:1)23:45. "Olimpiakos" (Yunanıstan) - "Anderlext" (Belçika)- 3:1 Qollar: Saviola, 34 (1:0), Klyestan, 40 (1:1), Saviola, 50 (2:1), Domingez, 90 (3:1)Qırmızı vərəqə: Koyate, 49 ("Anderlext"), Sakala, 88 ("Anderlext"), Proto, 90 ("Anderlext")D qrupu23:45. "Viktoriya" (Çexiya) - CSKA (Moskva, Rusiya) - 2:1 Qollar: Musa, 66 (0:1), Kolar, 77 (1:1), Vaqner, 90 (2:1)Qırmızı vərəqə: Zaqoev, 67 (CSKA), Vernblum, 90 (CSKA)23:45. "Bavariya" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:3 Qollar: Müller, 5 (1:0), Götze, 11 (2:0), Silva, 28 (2:1), Kolarov, 59 (2:2), Minler, 62 (2:3)11 dekabrE qrupu23:45. "Şalke" (Almaniya) - "Bazel" (İsveçrə) 23:45. "Çelsi" (İngiltərə) - "Styaua" (Rumıniya)  F qrupu23:45. "Marsel" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)  23:45. "Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə)   G qrupu23:45. "Atletiko" (Madrid, İspaniya) - "Porto" (Portuqaliya)23:45. "Avstriya" (Avstriya) - Zenit" (Rusiya)H qrupu23:45. "Milan" (İtaliya) - "Ayaks" (Hollandiya) 23:45.  - "Barselona" (İspaniya) - "Seltik" (Şotlandiya)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM