Laçında 1000-ə yaxın ev və yaşayış məntəqəsi bərpa olunub - Albina Abduraxmanova

11:20 | 28.06.2024
Laçında 1000-ə yaxın ev və yaşayış məntəqəsi bərpa olunub - Albina Abduraxmanova

Laçında 1000-ə yaxın ev və yaşayış məntəqəsi bərpa olunub - Albina Abduraxmanova

Laçında açılan yeni iş yerləri gəncləri orada fəaliyyət göstərməyə təşviq edir. Bunu Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Albina Abduraxmanova deyib.

"Bu günə qədər Laçında 1000-ə yaxın ev və yaşayış məntəqəsi bərpa olunub və ya yenidən qurulub. Aparılan işlər nəticəsində yaşlı nəslin o cümlədən, gənclərin rifahını artırıb. Belə ki, məşğulluğun artırılması məqsədilə yeni iş yerləri açılıb. Bu da gəncləri Laçın rayonunda fəaliyyət göstərməyə təşviq edir", - Abduraxmanova iyunun 28-i "Qayıdış Könüllüləri" Proqramı Laçın Könülləri mətbuat konfransında çıxışı zamanı qeyd edib. 

O bildirib ki, Laçında qısa müddətdə genişmiqyaslı işlər görülüb. 

"Laçın rayonuna ümumilikdə 789 ailə, 2944 nəfər məskunlaşdırılıb. 

Qısa zaman ərzində genişmiqyaslı tədbirlər çərçivəsində Laçın şəhəri, Zabux və Sus kəndində infrastrukturun bərpası və yenidənqurma işləri aparılıb", - məsləhətçi vurğulayıb.
 
Aygün

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM