Laçında bır sıra işlərin görülməsinə yarım milyon manatdan çox xərclənəcək

15:19 | 03.10.2024
Laçında bır sıra işlərin görülməsinə yarım milyon manatdan çox xərclənəcək

Laçında bır sıra işlərin görülməsinə yarım milyon manatdan çox xərclənəcək

Laçında bir sıra işlərin görülməsinə 561.433,55 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb. 
 
Vəsaitin hansı istiqamətlər üzrə xərclənməsinin detalları ilə bağlı heç bir məlumat yerləşdirilməyib. 
 
Tenderin qalibi isə "ŞABRAN-D" MMC-dir. 
 
Qalib şirkət 2007-ci il dövlət qeydiyyatına alınıb və nizamnamə kapıtalı 10 manatdır. 
 
Laçına ilk köç 2023-cü il mayın 27-də baş tutub.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Laçın 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanata əsasən dekabrın 1-də Azərbaycana qaytarılıb.
 
Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM