Laçında bizə aid olan ev əlimizdən alınıb - Sus kəndindən növbəti narazılıq - Şikayət/Video

17:05 | 08.05.2024
Laçında bizə aid olan ev əlimizdən alınıb - Sus kəndindən növbəti narazılıq - Şikayət/Video

Laçında bizə aid olan ev əlimizdən alınıb - Sus kəndindən növbəti narazılıq - Şikayət/Video

Laçının Sus kənd sakini Ülvi Həsənov püşkatmada ona çıxan evin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ləğv olunduğu deyir. Bu barədə şikayətki anews.az-a açıqlamasında bildirib. 
 
"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aprelin 27-də püşkatma keçirib. Bu prosesdə atam Muradxan Həsənov iştirak edib. Bizə həmin püşkatamada 15 nömrəli ev düşüb. Bizə düşən ev təsadüfən əvvəlki evimizin olduğu ərazidir. Amma püşkatmadan sonra Qaçqınkomdan bildiriblər ki, püşkatma ləğv olunub və Sizə başqa ərazidə ev veriləcək. Bizi quruma çağırıb izah edirlər ki, yenidən püşkatma olacaq və biz gözləməliyik. Amma biz bizə düşən öz evimizin ərazisində olan evimizi istəyirik. Bununla bağlı ailəm Prezidentə rəsmi müraciət də edib. Sadəcə olaraq Qaçqınkom bizə düşən evi verməkdən yayınır", - şikayətçi bildirib. 
 
Şikayətçi bildirir ki, püşkatmada narazı olan digər sakinlər də var və bu məsələnin ən qısa zamanda yenidən həll olunmasını istəyirlər. 
 
 
Mayın 3-də də Laçının Bəylik kəndində vətəndaş eyni şikayətlə sosial şəbəkədə etiraz etmişdi. Həmin etiraza münasibət olaraq Qaçqınkomdan bildirilmişdi ki, ləğv edilmiş püşklərin sahibləri Dövlət Komitəsinə dəvət olunub, onlara ətraflı izahat verilib və bildirilib ki, ikinci mərhələdə evlə təmin olunmaqları nəzərdə tutulur.
 
"Birinci mərhələdə 59 fərdi ev tikilib və istifadəyə hazırdır, daha 91 evin tikintisi isə davam etdirilir. Birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və 2 püşkün nəticəsi ləğv edilib. Həmin püşklər Sus və Bəylik kəndlərində deyil, qonşuluqdakı Qızılca kəndində daimi qeydiyyatda olan ailələrə aiddir. Araşdırma zamanı məlum olub ki, yeni yaşayış məntəqəsinin salındığı ərazidə işğaldan əvvəl həmin ailələrin də evləri olduğu üçün adları Sus və Bəylik kəndlərinin sakinləri ilə eyni püşkatma siyahısına daxil edilib", - qurumun açıqlamasında deyilir. 
 

 

 
 
 
 
 
 
Gülnar Nazimqızı 
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb