Lalə Şövkətin partiyası fəaliyyətini bərpa edir

22:48 | 01.01.2025
Lalə Şövkətin partiyası fəaliyyətini bərpa edir

Lalə Şövkətin partiyası fəaliyyətini bərpa edir

Azərbaycan Liberal Partiyasının onlayn qurultayı keçirilib. 

Anews.az "Unikal”a istinadən xəbər verir ki, qurultayda partiyanın Nizamnaməsinə əlavələr edilib,  professor Lalə Şövkət ALP-nin lideri, Əvəz Temirxan isə yenidən partiyanın sədri seçib.

Bundan başqa, partiyanın 24 iyun 2024-cü ildə keçirilmiş Qurultayının ALP-nin fəaliyyətini "Siyasi partiyalar haqqında” Qanunun 8.1. və 8.6. maddələri qaydasında dayandırmaq müddətini 31.12.2024-cu ildən başlayaraq 31.01.2029-cu ilədək, ölkədə Milli Məclisə növbədənkənar deputat seçkiləri keçirildikdə isə dövlət orqanlarını həmin günü elan etdiyi günədək və ya növbəti Qurultayın partiya fəaliyyətini bərpa edilməsi haqqında təyin etdiyi günədək uzadılması haqqında qərar qəbul edib.

Partiya ötən ilin iyul ayında fəaliyyətini dayandırdığını bəyan etmişdi

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM