​Latviyanın Azərbaycandakı yeni səfiri təyin olunub

10:38 | 27.07.2015
​Latviyanın Azərbaycandakı yeni səfiri təyin olunub

​Latviyanın Azərbaycandakı yeni səfiri təyin olunub

Latviyanın Azərbaycandakı yeni səfir təyin olunub.

"Report" Latviya Prezidentinin saytına istinadən xəbər verir ki, yeni səfir təcrübəli diplomat Yuris Maklakovs olacaq.

Bununla əlaqədar, Latviya prezidenti Raymonds Veyonis Azərbaycana təyin olunan yeni səfirlə görüşüb. Görüşdə Prezident səfirə etimadnamələri təqdim edib.

Yeni səfir Azərbaycana gələn həftə gələcək. O, Prezident İlham Əliyevə etimadnaməsini təqdim etdikdən sonra diplomatik missiyasına başlayacaq. Bundan əvvəl Maklakovs Latviyanın Qazaxıstandakı səfiri vəzifəsində çalışıb. Onun 51 yaşı var, ailəlidir, bir övlad atasıdır. Səfir latış, rus və ingilis dillərində sərbəst danışır.

Qeyd edək ki, Y.Maklakovs bu ilin aprel ayında xəstəlikdən Bakıda vəfat edən səfir Hardiys Baumanisi əvəz edəcək. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM