ABŞ və Avropa Birliyi Ukraynada növbəti "rəngli inqilab"a cəhd edib.
Apa-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Qlobal Universitet Forumu-2014-də çıxış edən Rusiya XİN başçısı bildirib ki, ABŞ və Avropa Birliyi Ukraynada qanunsuz hakimiyyət dəyişikliyi əməliyyatı keçirməyə cəhd ediblər: "Gəlin, açıq danışaq. Ukraynadan sadəcə istifadə olunub. Bu ölkədən geosiyasi oyunda "piyada" kimi istifadə etmək cəhdləri davam edəcək".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !