Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçiriləcək.
Anews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, Lavrovun Tillersonla görüşünün noyabrda Vyetnamda keçiriləcək Asiya-Sakit okean ölkələri İqtisadi Əməkdaşlıq təşkilatının sammitində baş tuta biləcəyini söyləyib: "Lavrov da, Tillerson da Vyetnamda keçiriləcək sammitdə olacaqlar. Lakin bizdə mümkün görüşün vaxtı və tarixi ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, iki ölkə arasında suallar yığılıb-qalıb, fikrimcə, bu görüş baş tutmaya bilməz".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !