• $ 1.7
  • € 1.9888
  • ₽ 0.020028
  • ₺ 0.0412
  • £ 2.2995

Lavrovun üçtərəfli görüşdəki çıxışı - TAM MƏTN

Lavrovun üçtərəfli görüşdəki çıxışı - TAM MƏTN
19.05.2023 17:14
Rusiyanın xarici işlər naziri Azərbaycan və Ermənistanın XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli görüşdə çıxış edib.
 
Rusiya XİN çıxışın tam mətnini yayıb.
 
Sizi salamlamağa şadam. Moskvaya gəlməyə razı olduğunuz üçün təşəkkür edirəm. Ayrı-ayrılıqda ikitərəfli görüşlərimiz oldu. Görüşlər həm dost ölkələrimizin hər biri ilə ikitərəfli əməkdaşlığın inkişafı baxımından, həm də Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması vəzifələrinə, eləcə də atılacaq addımlara dair fikir mübadiləsinə yönəlmiş üçtərəfli məsləhətləşmələrin növbəti raunduna hazırlıq baxımından çox məzmunlu və faydalı oldu. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən son üç ildə imzalanmış üçtərəfli bəyanatların tam həyata keçirilməsinə töhfə vermək üçün Rusiya Federasiyası bu istiqamətdə hərəkət edəcək. Axırıncı dəfə görüşümüz çoxdan olub. Çoxlu yeni məsələlər var. Ümidvaram ki, bugünkü görüş konstruktiv atmosferdə keçəcək və sizin birbaşa dialoqunuz əlavə nəticələrin əldə olunmasına kömək edəcəkdir.
 
Liderlərimizin imzaladığı üçtərəfli bəyanatlar, faktiki olaraq, davamlı həll üçün yol xəritəsini təmin edir. Cənubi Qafqaz ətrafında vəziyyəti təhlil edərək, biz liderlərimizin razılaşmalarına alternativin olmadığı qənaətindəyik. Biz də öz növbəmizdə bu regionda sabitlik və əmin-amanlıq görməkdə tam maraqlıyıq.
 
Mən gözləyirəm ki, bu və ya digər şəkildə bu regionda iştirak etməkdə maraqlı olan başqa ölkələr də onlara hörmət edəcəklər.
 
Vəziyyətin sabitləşməsi ilə paralel olaraq humanitar problemlərin həlli, iqtisadi nəqliyyat əlaqələrinin açılması və üzərində fəal işlədiyiniz sülh müqaviləsinin mətninin razılaşdırılması zərurətini ayrıca qeyd edəcəyəm.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünya 23:18
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
Dünya 21:20
Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
İsrail BMT Baş Assambleyasının Fələstin dövləti ilə bağlı qətnaməsini rədd edib
Dünya 20:58
İsrail BMT Baş Assambleyasının Fələstin dövləti ilə bağlı qətnaməsini rədd edib
Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub
Dünya 20:55
Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 19:29
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini gələn həftə təqdim edəcək
Dünya 18:46
Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini gələn həftə təqdim edəcək
Mirzoyan Serdar Kılıçla görüşüb
Dünya 18:30
Mirzoyan Serdar Kılıçla görüşüb
Marko Rubio İsrail və Britaniyaya səfər edəcək
Dünya 18:06
Marko Rubio İsrail və Britaniyaya səfər edəcək
22 yaşlı Utah sakini Çarli Kirkin qətlində əsas şübhəli hesab olunur
Dünya 17:33
22 yaşlı Utah sakini Çarli Kirkin qətlində əsas şübhəli hesab olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol