Layihələrinin həyata keçirilməsi üçün bank sektorları ilə münasibətlər tənzimlənməlidir- NAZİR

10:27 | 28.06.2024
Layihələrinin həyata keçirilməsi üçün bank sektorları ilə münasibətlər tənzimlənməlidir- NAZİR

Layihələrinin həyata keçirilməsi üçün bank sektorları ilə münasibətlər tənzimlənməlidir- NAZİR

Sahibkarların layihələrinin həyata keçirilməsi üçün bank sektoru ilə münasibətlərin tənzimlənməsi əsas məsələdir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Sahibkarların layihələrinin həyata keçirilməsi üçün bank sektoru ilə münasibətlərin tənzimlənməsi əsas məsələlədir. Bank sektoru ilə ilin sonuna qədər əlavə maliyyə mexanizmlərin hazırlanmasını planlaşdırırıq. 

Qarabağda investisiya yatıran sahibkarlara dəstək veriləcək",- nazir iyunun 28-də Şuşada keçirilən Sahibkarlar üçün yeni imkanlar: Qarabağı Birlikdə Quraq adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir söyləyib ki, Qarabağ və Şərqi Zəngəzurda istehsal olunan məhsulların güzəştli qaydalarla satınalınması məsələsi müzakirə edilir.

"Ölkədə istehsal olunmayan məhsulların Qarabağda istühsal olunması nəticısində ölkədə alışını təmin etməyi düşünürük. Hazırda iş yerlərinin açılması dinamikasından da razıyıq",- nazir vurğulayıb
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM