Öldürücü MERS virusundan qorunmaq üçün həkim MƏSLƏHƏTİ

22:22 | 23.06.2015
Öldürücü MERS virusundan qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Öldürücü MERS virusundan qorunmaq üçün həkim MƏSLƏHƏTİ


"Azərbaycanda MERS virusuna yoluxan yoxdur. İndiyə kimi bu virusun simptomları da müşahidə edilməyib”.

Bu haqda Modern.az saytına Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova bildirib.

O, virusun ilkin əlamətlərinə aydınlıq gətirib: "MERS virusunun simptomları qripəbənzərdir. Əsasən yüksək hərarət, öskürək, boğulma, təngnəsəflik, tənəffüsdə çətinliklə müşahidə olunur. Hər hansı vətəndaş, əcnəbi bu simptomlarla Azərbaycana daxil olarsa, onların üzərində müşahidə aparılır. Müşahidənin müddəti 7-14 gün arasındadır”.

Rita İsmayılova virusun ölkəmizə daxil olmaması üçün həyata keçirilən tədbirləri də sadalayıb:

"Virusun Azərbaycana daxil olmaması üçün dezinfeksiya işləri, əhali arasında maarifləndirmə aparılır. Əhalini həm də xəbərdar etmək lazımdır ki, bu simptomları hiss edərkən dərhal tibb müəssisələrinə müraciət etsinlər. Gigiyena tədbirlərinə yer versinlər: əllərin sabun və su ilə yuyulması, əhalinin sıx olduğu yerlərdən çəkinmək, çirkli əllərlə gözə, buruna müdaxilə etməmək, bu simptomların daşıyıcıları ilə təmasda olmamağa səy göstərmək lazımdır”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM