Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında yeni qərar qəbul edib. Qərara əsasən borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində, miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyacaqlar.
Bu qərar sosial şəbəkələrdə insanlar tərəfindən narazılıqla qarşılanıb.
Millət vəkili Bəhruz Məmmədov qəbul olunmuş yeni qərarı Konstitusiya Məhkəməsinin ən uğurlu hüquqi aktlarından biri hesab
edir.
Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa miras aktivi və miras passivi daxildir. Aktiv
miras ölmüş şəxsin əmlakıdır, passiv miras isə ölmüş şəxsin öhdəlikləridir. Mirasqoyanın
əmlakını götürüb onun borclarına sahib durmamaq nə əxlaqi-mənəvi, nə də hüquqi
cəhətdən doğru deyil. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən isə, vərəsələr
qəbul etdikləri miras əmlakdakı paylara mütənasib surətdə ölmüş mirasqoyanın əvəzində
birgə borclu kimi məsuliyyət daşıyırlar. Yəni 1000 manat borcu olan ata vəfat
edirsə, onun iki varisi varsa və həmin varislər atanın bütün əmlakına sahib
çıxmaq üçün vərəsəliyi qəbul edirlərsə, eyni zamanda onun borcuna da sahib
çıxmalıdırlar və atadan qalan miras əmlakdakı payları nisbətində borcluya
çevrilirlər. Yəni borclunun ölümü ilə onun öhdəliklərinə xitam vermir və bu öhdəliklər
miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. ƏIbəttə, hansısa vərəsə
mirasqoyana görə məsuliyyət daşımaq istəmirsə bütövlükdə mirasdan imtina edə
bilər. Amma vərəsələr mirası qəbul edirsə, lakin icra vaxtı çatmış əsas öhdəliyi
icra etmədikdə və ya lazımınca icra etmədikləri
borc sahibinin haqqı var ki, ipoteka qoyana qarşı tələb irəli sürsün. Çünki
Mülki Məcəllənin 269-cu maddəsinə görə, ipoteka borclunun ipoteka saxlayan
qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Yəni əsas
öhdəlik, yaxud onun bir hissəsi 90 təqvim günü və daha çox müddətə gecikdirsə,
yaxud Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayan ipoteka predmetinə
tutmanı yönəldə bilər. Bəzi hallarda cəmiyyətdə ipoteka sözü yalnız mənzillə
assosiasiya olunur. Əslində isə ipoteka dedikdə söhbət borc götürülən pula görə
daşınmaz əmlakın, yaxud mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın girov
qoyulmasıdır. İpoteka müqaviləsi bağlanarkən də borclu da borcalan da razılaşır
ki, borcu qaytara bilməzsə tələb ipoteka obyektinə yönələcək. Hüquqi prinsiplər,
o cümlədən Konstitusiyasının aliliyi baxımından birmənalı şəkildə demək olar
ki, bu qərar Konstitusiya Məhkəməsinin ən uğurlu hüquqi aktlarından biridir.
Amma təəssüf ki, ayrı-ayrı şəxslər, psevdomütəxəssislər, maraqlı siyasi qruplar
və bəzən media qurumları qərarın mahiyyətini ictimaiyyətə təhrif edilmiş
formada kommunikasiya edərək çaşqınlıq yaradırlar. Əslində isə Konstitusiya Məhkəməsi
çox sadə hüquqi prinsiplərə və mövcud qanunvericilik normalarına əsaslanaraq bu
hüquqi qənaəti formalaşdırıb”, - deputat bildirib.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
Qərarda da Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
Eltac Nurullazadə
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !