Lənkəranda şəhid xəbərlərinə Müdafiə Nazirliyindən AÇIQLAMA

17:37 | 15.07.2020
Lənkəranda şəhid xəbərlərinə Müdafiə Nazirliyindən AÇIQLAMA

Lənkəranda şəhid xəbərlərinə Müdafiə Nazirliyindən AÇIQLAMA

Bu gün bir qrup insan sosial şəbəkələrdə Lənkəranda şəhid xəbərləri ilə bağlı paylaşımlar ediblər.
 
Anews.az məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı ilə əlaqə saxladı.

Mətbuat sözçüsü bildirdi ki, vəziyyət tam sakitdir və heç bir şəhidimiz yoxdur. Belə yalan xəbərlər yaymaqla insanlarda narahatlıq yaratmaq doğru deyil.

Qeyd edək ki, iyulun 12-dən 13-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi artilleriya atəşinə tutublar. Hadisə nəticəsində Ordumuz 11 şəhid verib.
 
Gülnar Nazimqızı
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb