• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Lənkəranın icra başçısının sabiq müavini həbs olundu

Lənkəranın icra başçısının sabiq müavini həbs olundu
06.06.2023 14:11
Lənkəran şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov saxlanılıb.

APA-nın məlumatına görə, sabiq müavin avtomobili içkili vəziyyətdə idarə etdiyinə görə polis tərəfindən saxlanılıb.

Xaliq Rəhimov iyunun 3-də Lənkəran rayonunun Gərmətük kəndi ərazisində, təhlükəsizlik kəməri taxmadığına görə polis sürücüyə "dur” əmri verib. Polis ona yol hərəkəti qaydalarını izah edən zaman məlum olub ki, sürücü X.Rəhimov avtomobili içkili vəziyyətdə idarə edir. Lənkəran şəhər Dövlət Yol Polisi bölməsinin əməkdaşları sürücüyə içkili olduğu üçün müvafiq müayinədən keçməli olduğunu bildiriblər. O, buna etiraz edərək polis əməkdaşlarına qarşı müqavimət göstərib. Bundan sonra Lənkəran rayon Parakənd kənd sakini olan Xalid Rəhimov Polis Şöbəsinə aparılıb.

Məlumata görə, onun barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, faktla bağlı cinayət işi başlanılıb. Cinayət işi istintaqının davam etdirilməsindən ötrü toplanmış material aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilib.

Xalid Rəhimov 2021-ci ildə səhhətində yaranan problemə görə tutduğu vəzifədən azad edilib. X.Rəhimov Lənkəran şəhər icra hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cəmiyyət 11:09
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Cəmiyyət 10:55
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Cəmiyyət 10:37
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Cəmiyyət 10:13
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Çaylarda sululuq artıb
Cəmiyyət 10:10
Çaylarda sululuq artıb
“BakıKart”da problem yaranıb
Cəmiyyət 09:25
“BakıKart”da problem yaranıb
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Cəmiyyət 23:56
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Sabirabadda körpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib
Cəmiyyət 22:16
Sabirabadda körpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
Cəmiyyət 21:33
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol