Ölənlərin ailələrinə 50 min dollar ödəniləcək

12:20 | 09.08.2014
Ölənlərin ailələrinə 50 min dollar ödəniləcək

Ölənlərin ailələrinə 50 min dollar ödəniləcək

Malayziya Hava Yolları Donetsk yaxınlığında vurulan Boinq-777 təyyarəsində həlak olan sərnişinlərin qohumlarına təzminat ödəyəcək. Axar.az xəbər verir ki, bu barədə  DutchNews.nl saytına hava yollarının hüquqşünası Yan van Zuuren məlumat verib. Vəkil bildirib ki, ödəniləcək məbləğ 50 min dollar təşkil edir. Onun sözlərinə görə, kompensasiya ilə bağlı ölənlərin qohumları məlumatlandırılıb. Qeyd edək ki, iyulun 17-də Amsterdam-Kuala Lumpur reysi ilə uçaq Malaziya Hava Yollarına məxsus Boinq-777 sərnişin təyyarəsi Donetsk səmasında vurulub. Nəticədə təyyarədə olan 298 nəfərin hamısı həlak olmuşdu. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM