• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

"Təbəssüm" istirahət mərkəzinə yanğın nəticəsində 130 min manat ziyan dəyib- Yenilənib/VİDEO

01.02.2024 11:59
Lerikdə yerləşən "Təbəssüm” istirahət mərkəzində baş vermiş yanğına nəticəsində mərkəzə 130 min manat ziyan dəyib. Bunu Unikal.az-a açıqlamasında obyektin sahibi Akif Əliyev deyib.

"Anidən yanğın baş verib, uşaqlar düşüblər həyətə. Telefonları da içəridə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. 5 ədəd tikili idi. Təxminən 130 min manata yaxın ziyan dəyib. El-oba sağ olsun, olan şeydir", - o qeyd edib.
 
Əliyevin sözlərinə görə, obyektin sığortalanmayıb.

"Sığorta şirkətləri bir neçə dəfə gəlib yalan vədlər verdilər. Ona görə də biz onlarla iş görmədik”, - o əlavə edib.
 
 
 
10:55
 
Fevralın 1-i Lerik rayonunda yerləşən "Təbəssüm” istirahət mərkəzində yanğın baş verib. Bu barədə görüntülər sosial mediada yayılıb. 
 
İlkin məlumata görə, beş qonaq evi tamamilə yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
 
Fövqəladə Hallar Nazirliyindən anews.az-a verilən məlumata görə, yanğından təxminən yarım saat sonra hadisə barədə FHN-in Yanğından Mühafizə hissəsinə məlumat verilib.

Hadisə yerinə 3 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Ümumilikdə, taxta konstruksiyalı ikimərtəbəli 2 kottec, digər ikisində tavan və dam örtükləri və əsas xidməti binanın mətbəx hissəsi, ümumilikdə 410 kvadratmetr sahə tam olaraq yanıb. Yanğının digər kotteclərə və meşə ərazisinə keçməsinin qarşısı alınıb. İstirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 m² olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 m² olan 3 ədəd kotteclərdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb. Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub.
 
Xəsarət barədə məlumat yoxdur. 

Yanğın səhər saat 6:30-da lokallaşdırılıb.

Yanğına ilkin səbəb mətbəxdə qısaqapanmadan baş verməsi ehtimal edilir
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
 
Aygün
 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol