Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb

17:49 | 26.06.2024
Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb

Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb

Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb.Bu barədə APA məlumat verib.
 
Bu gün günorta saatlarında hava şəraitinin dəyişməsi və Lerik rayonunda güclü leysan, dolu düşməsi nəticəsində dağlarda torpaq sürüşməsi, uçqun baş verib.

Torpaq sürüşməsi Lerik-Lənkəran magistralının 37-ci kilometrliyində Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib. Hazırda əraziyə 52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Yolun qismən açıldığı bildirilir.

Rayon ərazisində axşama doğru hava şəraitinin daha da kəskin dəyişəcəyi bildirilir.

Hazırda yolun tam açılması istiqamətində işlər davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb