Ləğv olunan dörd bankda qorunan əmanətlərin həcmi açıqlandı

13:11 | 22.07.2016
Ləğv olunan dörd bankda qorunan əmanətlərin həcmi açıqlandı

Ləğv olunan dörd bankda qorunan əmanətlərin həcmi açıqlandı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən lisenziyaları ləğv olunan "Dekabank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 mln. 585 min manat təşkil edir.

"APA-Economics" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, bu bankda qorunan əmanətlərin cəmi 3 mln. 767 min manat, kompensasiya olunan əmanətlərin isə 2 mln. 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.
 
"Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 103 mln. 969 min manat, qorunan əmanətlərin cəmi 61 mln. 949 min, kompensasiya olunan əmanətlərin isə 54 mln. 885 min təşkil edir. Qorunan əmanətçilərin sayı 26 min 324 nəfərdir.
 
"Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 mln. 632 min manat, qorunan əmanətlərin cəmi 53 mln. 631 min, kompensasiya olunan əmanətlərin isə 36 mln. 350 min təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.
 
"Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 24 mln. 272 min manat, qorunan əmanətlərin cəmi 20 mln. 956 min, kompensasiya olunan əmanətlərin isə 32 mln. 914 min təşkil edir. Qorunan əmanətçilərin sayı 3 544 nəfərdir.
 
A. Cavadovun sözlərinə görə, kompensasiyaların verilməsi üçün hələ ki agent bank seçilməyib: "Bu, məhkəmənin sığorta hadisəsinin baş verməsi ilə bağlı qərarından sonra bəlli olacaq".
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM