Pensiyaların verilmə tarixi AÇIQLANDI

11:44 | 13.07.2016
Pensiyaların verilmə tarixi AÇIQLANDI

Pensiyaların verilmə tarixi AÇIQLANDI

"İyul ayı üçün pensiyaların verilməsində gecikmələr yaranıb"


Bu barədə ANN.Az-a pensiyaçılar bildirib. Paytaxtın bir neçə rayonundan müraciət edən vətəndaşların sözlərinə görə, pensiyaları hər ayın 8-nə qədər alırmışlar: "Ən gec aldığımız vaxt ayın 10-na kimi olurdu. Ancaq bu gün ayın 13-dür, ancaq pensiya hələ də verilməyib" – deyə pensiyaçılar qeyd ediblər.


Problemli məsələ sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilib:

 


 


 

 

 

Pensiyaların gec verilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevlə əlaqə saxladıq. Nazirlik rəsmisi deyilənlərin doğru olmadığı bildirib: "Gecikmə yoxdur. Sadəcə iyul ayının 6, 7-si Ramazan bayramına təsadüf etdiyindən, pensiyalar bu gün (13 iyul) veriləcək. Gecikmə o vaxt olardı ki, iyul ayının pensiyası avqustda verilərdi".

 

"Büdcədə pulun olmaması ilə əlaqədar pensiyaların bu gün verilməsinin heç bir əsası yoxdur. Pensiyalar bu gün hesaba köçürülür" – deyə Elman Babayev əlavə edib.

 

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb