• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb
21.12.2024 16:10
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.

Leyla Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Keniya Prezidentinə çatdırıb.

Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

İkitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Fondun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində həyata keçiriləcək layihələrin əhəmiyyətini qeyd edib.

Təhsil, səhiyyə, ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə mübarizə və mədəniyyət sahələrində layihələrin, habelə təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.

Prezident Ruto Azərbaycanın noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdiyini qeyd edib. Azərbaycan və Keniya arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edib.

İqlim fəaliyyəti, enerji, ticarət və sərmayələr, turizm, təhsil və digər sahələr daxil olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək və tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu bildirib. Dövlət səviyyəsində, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən təhsil, mədəniyyət, səhiyyə və bu kimi humanitar sahələrdəki layihələrin əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Keniya Prezidenti Uilyam Samoei Rutoya Azərbaycana səfərə dəvət məktubu təqdim edilib. Prezident Ruto dəvətə görə təşəkkür edib, məmnuniyyətlə qəbul etdiyini bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşüb
Siyasət 18:10
Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşüb
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri aparılacaq
Siyasət 17:20
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri aparılacaq
İlham Əliyevin Şimali Makedoniya Prezidenti ilə təkbətək görüşü başlayıb
Siyasət 11:25
İlham Əliyevin Şimali Makedoniya Prezidenti ilə təkbətək görüşü başlayıb
Bakı Buenos-Ayresə başsağlığı verib
Siyasət 23:05
Bakı Buenos-Ayresə başsağlığı verib
Sahibə Qafarova Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib
Siyasət 22:07
Sahibə Qafarova Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb
Siyasət 21:52
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb
Şimali Makedoniya Prezidenti Azərbaycana gəlib
Siyasət 21:24
Şimali Makedoniya Prezidenti Azərbaycana gəlib
Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb
Siyasət 19:19
Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb
Rəsmi Bakıdan fransalı nazirə cavab
Siyasət 18:29
Rəsmi Bakıdan fransalı nazirə cavab
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol