Bakı Şopinq Festivalı çərçivəsində mayın 30-da "Port Baku Mall"ın bədii qalereyasında dünyanın ən məşhur interyer dizaynerlərindən olan Kiril İstominin "LivingwithArt" adlı şəxsi sərgisi açılıb.
Festivalın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sərgidə K.İstomin Interior Design & Decorating dizayn studiyasının bütün dünyada reallaşdırdığı foto layihələr təqdim edilir. Sərginin mərkəzində isə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın rəsmləri yerləşdirilib.
Qeyd edək ki, sərgidə nümayiş edilən fotoların müəllifləri dünyanın ən yaxşı interyer fotoqraflarıdırlar. Sərgidə həmçinin xüsusi olaraq Bakı üçün yaradılan və Azərbaycan motivləri ilə quraşdırılmış interyer nümayiş etdirilir. Leyla Əliyeva fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində də dünyada tanınıb. O, aktiv bədii fəaliyyətlə bərabər, həm də dünyanın tanınmış tənqidçiləri tərəfindən yüksək qiymətləndirilənən şəkillər yaradıb. L.Əliyeva artıq Paris, Berlin, London, Moskva şəhərlərində əsərlərini nümayiş etdirib.
2002-ci ildə yaradılmış Kirill İstomin Interior Design & Decoration bu gün daxili dizayn və dekorasiya sahəsində lider mövqeyə malikdir. Layihələri bütün dünyada həyata keçirilir: Paris və Cenevrədə, London və Nyu-Yorkda, Cote d'Azurda və İtaliya Rivierasında, Los-Anceles və Sankt-Peterburqda, Moskva və Alma-Atada. Şirkətin təsisçisi Kiril İstomin AD və ElleDecoration jurnallarının versiyalarına görə ən yaxşı dekorçulardan biridir.
Şirkət daxili memarlığın yaradılması və fərdi yaşayış binalarının və nümayəndəlik ofislərinin daxili dizaynından tutmuş, fərdi otaqların dekorasiyası və yenilənməsinədək müxtəlif miqyaslı layihələr üzərində işləyir. Hər bir obyekt üçün xüsusi mebel, divar kağızları və parçalar hazırlanır, eksklüziv stol dəstləri, yataq dəstləri, aksesuarlar sifariş edilir, həmçinin nadir sənət əşyaları seçilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !