Leyla Əliyevanın təşəbbüsü ilə əkilən ağaclar belə məhv edilib - FOTOLAR

09:48 | 04.11.2015
Leyla Əliyevanın təşəbbüsü ilə əkilən ağaclar belə məhv edilib - FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə əkilən ağaclar belə məhv edilib - FOTOLAR

Bir neçə gündür ölkə mediasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nəsimi rayonu, 5-ci mkr, "20 yanvar” küçəsi, bina 32 ünvanda salınan 47 şam ağacının məhv edilməsi ilə bağlı xəbərlər dərc olunur. 

ANN.Az-ın fotoreportyoru hadisə yerində olub və son durumla maraqlanıb.

Həmin ünvanda yaşayan sakinlər belə bir hadisənin baş verməsindən çox narazı qaldıqlarını deyiblər. Onların sözlərinə görə, həqiqətən də ağaclar yerindən çıxarılıb və boşluqları doldurulub. Sakinlər hesab edirlər ki, bu işlər qanunsuz həyata keçirilib. Onların əldə etdiyi qeyri-dəqiq informasiyaya görə, "Karvan” adlı hansısa tikinti şirkəti şam ağaclarının yerində hündürmərtəbəli bina inşa etmək istəyir. 

Sakinlər dəfələrlə aidiyatlı yerlərə müraciət etdiklərini, lakin heç bir nəticə əldə olunmadığını bildiriblər.

ANN.Az əməkdaşının hadisə yerindən hazırladığı fotosessiyanı oxuculara təqdim edirik.

Fotoların müəllifi Fərqanə Novruzovadır.


 



















































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM