Liderlər bu maşınlarda gəzir - Fotolar

20:17 | 30.03.2015
Liderlər bu maşınlarda gəzir - Fotolar

Liderlər bu maşınlarda gəzir - Fotolar

"Renault" elektromobil, "Citroen" hibridi, dəbdəbəli "Rolls-Royce" və sairə. Bunlar dünya ölkələrinin liderlərinin xidməti maşın kimi seçdiklərindən bəziləridir. Bəs liderlər daha çox hansı maşınlardan istifadə edirlər?

ANS PRESS prezidentlər, baş nazirlərin istifadə etdiyi maşınları təqdim edir:

Almaniya kansleri Anqela Merkel - "Audi A8"
Qiyməti 160 500 funt sterlinqdən başlayır. Zirehlisinin qiyməti isə sifarişə uyğundur.
Bu model öz sərnişinini qumbaradan və odlu silah atəşlərindən qoruyur. 450 at gücündə olan 6 litrlik mühərriki olan maşının içərisində mini bar, soyuducu var. Lüks sinfindən olan maşının başqa detalları isə klassikdir.

Fransa prezidenti Fransua Olland - "Citroen DS5"
40 200 avrodan başlayır. Ollanda kimi bu markanın maşınında Şarl De Qol da istifadə edib. Prezident limuzun və hetçbekdən imtina edərək daha sadə modelə üstünlük verib. Hibrid maşınla o ətraf mühitə olan qayğısını da göstərib. Məlumata görə, Fransua Olland sürücülərinin sayını iki nəfərə salıb və onlara bütün qaydalara riayət etməyi. Hətta qırmızı işıqda dayanmağı belə tapşırıb.

Braziliya Dilma Russeff - "Rolls-Royce Silver Wraith" 1952-ci il istehsalı
Braziliyanın ilk qadın dövlət başçısının qarajında iki xidməti maşını var. Rəsmi görüşlər üçün dəbdəbəli "Rolls-Royce Silver Wraith" dən istifadə edilir. Bu model İkinci Dünya müharibəsindən sonra istehsal edilib. Gündəlik görüşlərdə isə zirehli "Ford Fusion Hybrid" köməyə gəlir.

İngiltərə baş naziri Devid Kemeron - "Jaguar XJ Sentinel"
Qiyməti (zirehli sifarişə uyğun) 110 000 dollardan başlayır.
Uzun illərdir İngiltərə baş nazirləri xidməti maşın kimi "Jaguar"dan istifadə edirlər. Kemeronun qarajındakı maşın qara rəngdədir. Toni Bleyerin maşını gümüşü, Qordon Braununki isə yaşıl olub.

Si Tsinpin - "FAW Hong Qi HQE"
Qiyməti $600 000 - $1,2 milyon arasında dəyişir. Yerli məhsula marağı artırmaq üçün çinli məmurlara qiyməti 28 min 500 dollardan baha olan xarici maşınlardan istifadə qadağan edilib. Limuzin tipli "FAW Hong Qi HQE"nin debütü 2009-cu ilin oktyabrında baş tutub.

Yaponiyanın baş naziri Esixiko Hoda - "Toyota Century"
Qiyməti sifarişə uyğun olur. Yaponiya avtomobil istehsalında lider olan ölkələrdən biridir. Ölkə baş nazirinin qarajında iki maşın var. Birincisi "Toyota Century" - artıq uzun illərdir Yaponiya rəhbərliyinin əsas nəqliyyat növüdür. İkincisi - hibrit "Lexus LS 600h L".

ABŞ prezidenti Barak Obama - "Cadillac One"
Qiyməti $300 000 - $1 milyon. Limuzin tipli maşın dəbdəbəsi ilə seçilir. Bu maşını təkərli Oval kabinet də adalandırırlar. Obamanın avtomobilinin texniki təminatı və zirehindən isə yəqin ki, danışmaq yersiz olar.

Rusiya prezidenti Vladimir Putin - "Mercedes Pullman"
Qiyməti $1 milyon dollar civarındadır. Putin uzun müddətdir ki, yerli istehsala keçmək haqqında düşünür. Onun yaxın vaxtlarda "ZİL" markalı limuzindən istifadəsi də istisna deyil. Rusiya liderinin "Pullman"ı 6 metrdən uzundur. Zirehli maşın yanğınsöndürmə, qaz hücumlarından qoruma sistemi ilə təhciz edilib.

Britaniya kraliçası II Yelizavetta - "Bentley"
Maşın özəl olaraq onun üçün hazırlanıb. Sedan maşının hündür tavanı və 7 litrlik mühərriki var. Mühərriki gücü 400 at gücüdür. Kraliçanın bir neçə "Rolls-Royce"də var. .

İspaniya kralı - Xuan Karlos
Onun onlarla müxtəlik markalı maşını var. Ən sevimli maşınlarından biri modifikasiya edilmiş "Audi RS6"-dır. 572 at gücündəki maının mühərrikinin həcmi 5 litrdir.

İsveç monarxı - Karl XVI Qustav
Monarx öz avtomobil kolleksiyası ilə fəxr edə bilər. Lakin rəsmi tədbirlərdə o "Daimler DS420"dan istifadə edir. Maşın əl yığımıdır. Kral Qustav gündəlik istifadəsi üçün isə "Volvo S80" sedanını seçir.

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni - "Audi"

Bruney sultanı Hassan al Bolkiah - "Rolls Royce"
Dünyanın ən zəngin insanlarından biridir. Maşın xüsusi olaraq haqızlanıb və qızılla örtülüb.

ANN.Az
 















0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM