Vyanada keçirilən 60-cı "Eurovision" Mahnı Müsabiqəsinin ikincisi olan Rusiya təmsilçisi Polina Qaqarinaya heç bir xal verməyən Litva rusların qəzəbinə tuş gəlib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Litva KİV-ləri sosial mediada rusların litvalıları təhqir etməsindən yazıb. Estoniyadan 12, Latviyadan 10 xal alan Rusiya digər Baltik bölgəsi ölkəsindən də eyni addım gözləyib. Amma rus təmsilçiyə heç bir xal verilməyib. Rusların iddiasına görə, bu addım bilərəkdən atılıb, yaxud səslərin hesablanmasında hiylə işlədilib. Litva Dövlət Televiziyası (LRT) səslərin toplanılması ilə bağlı açıqlama verib və bu kimi iddiaları təkzib edib.
Qeyd edək ki, Krımın ilhaqından sonra Rusiya Baltik hövzəsi ölkələri ilə həm iqtisadi, həm də siyasi baxımdan böhran yaşayır. Xüsusilə də Litva ilə əlaqələrin pisləşdiyi deyilir. May ayında Rusiya xüsusi kəşfiyyat idarəsinin əməkdaşının paytaxt Vilnyusda həbs olunması münasibətləri bir qədər də korlamışdı.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !