Livan "Hizbullah"ının Moskvada nümayəndəliyi açılacaq

21:00 | 07.04.2021
Livan

Livan "Hizbullah"ının Moskvada nümayəndəliyi açılacaq

Rusiyanın paytaxtı Moskva şəhərində Livanın "Hizbullah” təşkilatının nümayəndəliyi açılacaq.

"Report” xəbər verir ki, məlumatı İranın "Press TV” telekanalı yayıb.

Bildirilib ki, təşkilatın parlamentdəki fraksiyasının sədri Məhəmməd Raad bu il martın ortalarında Moskvaya səfər etmişdi. O, səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmüşdü.

Məlumata görə, səfərin təşəbbüskarı Rusiya olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb