Ölkədə daşınmaz əmlakın dövlət qeydiyyatı artıb

2023-cü ilin doqquz ayında Azərbaycanda 373 647 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,8 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Bildirilir ki, hesabat dövründə 58 314-ü ilkin, 315 333-ü isə təkrar qeydiyyatın hesabına yaranıb.
Qeydiyyata alınmış əmlaklardan 40 205-i fərdi yaşayış və bağ evi, 72 566-sı mənzil, 252 405-i torpaq sahəsi, 2 374-ü qeyri-yaşayış binası, 5 487-si qeyri-yaşayış sahəsi, 531-i əmlak kompleksi, 79-u isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 76 359-u Bakının, qalanı isə bölgələrin payına düşür.
Son 1 ildə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 19,6 % artaraq 61 393 təşkil edib.
Cari ildə Azərbaycanda daşınmaz əmlak üzrə 39,093 ipoteka müqaviləsi imzalanıb ki, bu da ötən ilin eyni dövründən 14,6% çoxdur.
2023-cü ilin doqquz ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığorta yığımları 66 milyon 704 min manat təşkil edib, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 53.8% və ya 23 milyon 343 min manat çoxdur.
Aytac Zeynalova
www.anews.az