2024-cü ilin yanvar-mayında ölkədə 48 026 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % çox ümumi daxili məhsul istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Son 1 ildə iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər istehsalı 7,3 % artıb, neft-qaz sektorunda isə eyni səviyyədə qalıb.
ÜDM istehsalının 39,7 %-i sənaye, 9,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6 %-i tikinti, 3,8 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 20,1 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 %-ni təşkil edib.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 4 713 manat olub.
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
2023-cü ilin on ayında Azərbaycanda 100,9 milyon manatlıq ümumi daxil məhsul istehsal olunub.
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !