ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 62.863 ədəd artaraq 1.308.540 olub. Düzdür, hökumətin Avro-4 standartını tətbiq edərək ölkəyə köhnə maşınların gətirilməsini qadağan etməsi və bankların avtomobil kreditlərini sərtləşdirməsi nəticəsində 2013-cü illə müqayisədə 2014-cü ildə ölkəyə idxal edilən avtomobillərin sayı 62 faiz az olub. Bütün bunlara baxmayaraq bir il ərzində 63 minə yaxın yeni avtomobilin gətirilib. Bu isə bir sıra fəsdlar törədir.
Ölkədəki avtomobillərin 72 faizi paytaxt Bakının payına düşür. Bunu yollarda müşahidə edilən tıxaclardan da görmək olar. Günün müxtəlif saatlarında yollarda yaranan avtomobil sıxlığı həm əsəbləri korlayır, həm də işi axsadır. Digər tərəfdən "avtomobilim olsun" deyə maşın alıb sükan arxasına əyləşən naşı sürücülər üzündən baş verən qəzalar da az deyil. Bu kimi qəzalar çox vaxt günahsız insanların həyatını itirməsi və ya xəsarət almasına səbəb olur.
Küçələrdə artan avtomobillər həm də mövcud ekoloji durumu ağırlaşdırır. Maşınlardan atmosferə xaric olan tullantılar birbaşa tənəffüsü çətinləşdirir. Ekoloq İslam Mustafayevin fikrincə, avtomobillərdən atmosferə atılan tullantılar ildə 700-800 min ton olur. Bu, ümumi tullantıların 75 faizə qədərini təşkil edir. Amma bunun zərərini minimuma endirmək mümkündür.
"İlk öncə avtomobilin texniki vəziyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi lazımdır. Bu da Avro-5 standartının tələblərindən biridir. İkincisi yanacağın keyfiyyətinin yaxşılaşdırılması. Hazırda bu istiqamətdə də lazımi tədbirlər görülür. Eyni zamanda yollarda hərəkətin idarə olunaması və avtomobilərin atmosferə buraxdığı tulantıların zərərsizləşdirilməsi” – deyə ekoloq İslam Mustafayev bildirib.
Ekspert Azər Allahverənovun fikrincə, avtomobillərin küçələrdə yaratdığı sıxlığın, eləcə də insan həyatını təhlükə qarşısında qoyan qəzaların qarşısını almaq üçün avtomobil artımı fonunda yol infrastrukturu da inkişaf etməlidir.
"Bir tərəfdən yol infrastrukturu həmin nəqliyyat vasitələrinin sayına hesablanması lazımdır. Eyni zamanda yol mədəniyyətini inkişaf etdirmək. Üçüncü bir tərdən isə xüsusi – maarifləndirmə və digər tədbirlərin görülüməsi. Bunları tək Dövlət Yol Polisi və Nəqliyyat Nazirliyi yox digər icra qurumlarıda çox fəal sürətdə buna cəlb olunması lazımdır. Təbii ki, vətəndaş cəmiyyətini də bu proseslərə cəl edilməsi fonunda müsbət nətəcələrə əldə etmək olar” - ekspert Azər Allahverənov vurğulayıb.
Ekoloji çirklənməni və sıxlıq problemini həll etmək üçün xarici təcrübədən də yararlanmaq olar. Məsələn, bir sıra xarici ölkələrdə yanacaqla işləyən avtomobillərdən daha çox elektromobillərə üstünlük verilir. Eləcə də Avropa ölkələrində, Amerikada insanlar velosipedlərdən istifadə edirlər. Bu ətraf mühiti qoruması ilə yanaşı sağlam olmaq üçün ən unikal nəqliyyat vasitəsidir.
Bizi sosial şəbəkələrdə izləyin !