"Ölkəyə gələn rus turistlərinin sayı azalıb"

22:12 | 11.03.2015

"Ölkəyə gələn rus turistlərinin sayı azalıb"

Rusiyada iqtisadi vəziyyətin çətinləşməsi bu ölkədən Azərbaycana gələn turistlərin sayını ciddi azaldıb.
 
Fins.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. Onun sözlərinə görə, əvəzində ölkəyə Avropa ölkələrindən, hətta Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı artıb. Bununla belə, rus turistlərin yerini tam doldurmaq mümkün olmayıb: "Rusiya bizimlə qonşu ölkədir, bu ölkədən gələn turistlərə viza rejimi də tətbiq olunmur. Ona görə də, istər-istəməz qərb ölkələrindən gələn turistlər Rusiya istiqamətində yaranmış kəsiri kompensasiya edə bilmir”.

Nazir onu da bildirib ki, ötən il Azərbaycana 2,5 milyon turist gəlib. Onlar 500-dən artıq oteldə yerləşib: "6 il bundan əvvəl xarici qonaqlara normal xidmət göstərən 120-150 otelimiz var idi. Bu gün bu rəqəm 530-dur”.

"İndiyə qədər göz yumurduq”
Nazir onu da deyib ki, bundan sonra keyfiyyətsiz xidmət göstərən otellərə qarşı ciddi tədbirlər görüləcək: "İndiyə qədər biz hansısa otellərə keyfiyyətsiz xidmətinə görə göz yumurduq, amma bundan sonra belə olmayacaq. Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər, yarışlar keçirilir və xidmətin səviyyəsi yüksək olmaldır”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM