Ölkəyə gələn Rusiya vətəndaşlarının sayı artıb

2024-cü ilin yanvar-martında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 24% artaraq 147 min 438 nəfər olub. Bu barədə Dövlət Turizim Agentliyi məlumat yayıb.
2023-cü ildə Rusiyadan ölkəyə gələn xarici ziyarətçilərin sayı 625 min 106 nəfər olub ki, bu da 2022-cü illə müqayisədə 39,9% çoxdur.
Cari ilin yanvar-fevralda Rusiyadan 91 397 nəfər ziyarətçi gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21% artım deməkdir.
2024-cü il martın 5-də Rusiya ilə Azərbaycan arasında turizmə dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə "2024-2026-cı illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına dair Yol Xəritəsi”i imzalanıb.
Bu xəritə 2027-ci ilə qədər Rusiya Federasiyası və Azərbaycanın qarşılıqlı turist axınını 40% artıracaq.
2023-cü ildə qarşılıqlı turist səfərlərinin sayı 1,5 dəfə artıb. Azərbaycana 475,6 min Rusiya vətəndaşı, 258,6 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.
2023-cü ildə qarşılıqlı turist səfərlərinin sayı 1,5 dəfə artıb. Azərbaycana 475,6 min Rusiya vətəndaşı, 258,6 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 