Lukaşenko: “Heyvanxanadır... Obamaya yazığım gəlir” - FOTOLAR

19:18 | 25.07.2014
Lukaşenko: “Heyvanxanadır... Obamaya yazığım gəlir” - FOTOLAR

Lukaşenko: “Heyvanxanadır... Obamaya yazığım gəlir” - FOTOLAR

Belarus prezidenti Aleksandr Lukaşenkonun hakimiyyətə gəlməsindən 20 il ötür. Modern.az saytı bir çox qərarlarına, idarəçilik metodlarına görə diktator adlandırılan Lukaşenkonun ötən müddətdə ən yaddaqalan fikirlərini təqdim edir.
Avropa heyvanxanası
İnsan haqlarının pozulmasına görə viza sanksiyası tətbiq olunduğu səbəbindən Lukaşenko Avropaya az gedir. Ancaq həmişə belə olmayıb. 1998-ci ildə o, İsveçin Kran-Montana kurort şəhərində siyasi və iqtisadi forumda iştirak edib. Orada onu soyuq qəbul ediblər, bu səbəbdən Lukaşenko özünün bura gəlişindən məmnun qalmayıb: “Mən başa düşürəm ki, bu demokratiya deyil, heyvanxanadır... Bu, məhz bizim gözlədiyimiz idi, ancaq  bu səviyyədə, bu formada yox. Bir sözlə, buna heyvanxanadan başqa ad vermək olmaz, bundan yaxşısını demək olmaz”.
Səsvermənin saxtalaşdırılması
Lukaşenko 2001-ci ildə yenidən seçilməyə iddia edəndə ATƏT-in ölkəyə müşahidəçilər göndərməklə bağlı təklifinə son dərəcə qeyri-adi reaksiya verir: “Bizə lazım deyil: orada avtomatlaşdırılmış seçkiləri saxtalaşdırma sistemidir. Biz dövlətin sistemini yaradacağıq”.
Obamanın oxşarı?
Az adam  düşünə bilər ki, Lukaşenko ilə ABŞ prezidenti Barak Obamanı birləşdirən çox şey var. “Obamaya baxıram, cavan adamdır, yaxşı görünür. Mənim ilk təəssüratım budur, ona yazığım gəlir. O, yüz faiz Lukaşenko kimi görünür, mən Sovet İttifaqının dağılmasından sonra hakimiyyətə gələndə belə idi. Mağazaların piştaxtaları boş idi, ölkədə ciddi maliyyə böhranı hökm sürürdü, - Lukaşenko hələ 2008-ci ildə Obama birinci dəfə prezident seçiləndən deyirdi.
Diktator paxıllığı
2012-ci ildə “Reuters” agentliyinə müsahibə zamanı Likaşenko Avropanın sonuncu diktatoru kimi təqdim edilməsini alqışlayıb:
- Mən heç nə başa düşmürəm, diktator nə deməkdir, digər tərəfdən, mən özüm özümə qibtə edirəm. Axı, mən Avropanın sonuncu və yeganə diktatoruyam. Dünyanın heç yerində beləsi yoxdur.
Bundan əlavə, 2012-ci ildə Avropa İttifaqı Lukaşenkoya qarşı növbəti sanksiya məsələsini müzakirə edəndə Belarus lideri bu dəfə Almaniyanın o vaxtkı xarici işlər naziri Qido Vester velleni açıq şəkildə təhqir edərək ona mavi deyib:
- Orada diktatura deyib qışqıranlara gəldikdə... Bunu eşidəndə düşündüm: Mavi olmaqdansa, diktator olmaq daha yaxşıdır.
Bax, mühafizə yoxdur!
Seçkilərdə saxtalaşdırmanın geniş yayılmasına, eləcə də daima, özü də fərqli düşünənlərin təzyiqlə üzləşməsinə baxmayaraq, Lukaşenko həmişə özünü xalq arasından çıxan kimi təqdim etməyə cəhd edib. 2012-ci ildə müsahibəsində o hətta kinayə ilə deyib ki, Prezident Sarayında heç bir mühafizəçi yoxdur:
- Pəncərədən baxın. Siz sarayın ətrafında hasar görürsünüzmü? Hər hansı mühafizəçi görürsünüzmü? Bu elə ölkədir ki, hər kəsin təhlükəsizliyi var.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM