Lukaşenko masallılı Atabala Hacıyevi təbrik etdi - FOTO

10:26 | 17.02.2015
Lukaşenko masallılı Atabala Hacıyevi təbrik etdi - FOTO

Lukaşenko masallılı Atabala Hacıyevi təbrik etdi - FOTO

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun alman-faşist işğalından azad olunmasının 70 illiyi münasibətilə keçmiş döyüşçü, müharibə veteranı Atabala Hacıyevə təbrik məktubu göndərib.

ANN.Az Azərtac-a istinadən xəbər verir ki, 1924-cü ildə Masallı rayonunun Binə Xocavar kəndində anadan olmuş A.Hacıyev İkinci Dünya müharibəsində Taqonroqdan Berlinə qədər şərəfli döyüş yolu keçib.

Belarusun, Polşanın, Moldovanın, Berlinin və Reystaqın alınmasında yaxından iştirak edən keçmiş rabitəçi döyüşdə göstərdiyi igidliyə və şücaətə görə müxtəlif orden və medallarla təltif olunub.

Prezident təbrik məktubunda bildirir ki, Böyük Vətən müharibəsi Belarus xalqının tarixi yaddaşına qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunub. Yetmiş il tarixi baxımdan bir andır, lakin insanlıq baxımından bütöv bir həyatdır.

Ötən illərdə müharibə dəhşətlərini görməyən belarusluların neçə nəsli doğulub və böyüyüb. "Bu böyük xoşbəxtlik üçün Sizə, o vaxt Vətənimizin müstəqilliyini qoruyan hər kəsə borcluyuq”.

Məktubda daha sonra deyilir:

"Təsadüfi deyil ki, faşist işğalından azad olunduğumuz böyük gün suveren Belarusda əsas milli bayrama – Müstəqillik Gününə çevrilib. Qələbədə və ölkənin müharibədən sonrakı dirçəlişində göstərdiyiniz şücaətə görə sizin qarşınızda baş əyirik və səmimi təşəkkürümüzü bildiririk”.

Prezident keçmiş döyüşçüyə uzun ömür, möhkəm cansağlığı, tükənməz enerji, ruh yüksəkliyi arzu edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM