Belarusiya prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, onun ölkəsinin küçə və meydanlarında insanların “molotov kokteyli” ilə peyda olması yolverilməzdir.Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, “BelCi” müəssisəsinin işçiləri ilə söhbət zamanı Belarusiya liderinin dediyinə görə, öz seçki kampaniyasını regionda ölkədaxili münaqişə ilə Belarusiyadakı vəziyyətin müqayisəsi üzərində qurmur.“Allah bizə normal şəkildə sakit və firavan yaşamağı nəsib etsin və dəyənək, “molotov kokteyli” ilə küçələrə çıxmalı olmayaq. Artıq bu gün silahlı, pulemyotlu və “İqla” ilə çıxıb təyyarələri vururlar, özününkülərə atəş açırlar”, - Lukaşenko bəyan edib.Prezident qeyd edib ki, belə vəziyyətə öz ölkəsində yolverməmək onun əsas prioritetidir. “Ona görə yox ki, qorxudurlar: Lukaşenko bunun üzərində seçki kampaniyası qurur. Seçkilərə hələ ki iki il var, məni isə artıq qınayırlar. Yox, sadəcə mən sakit işləməyimizi istəyirəm”, - prezident qeyd edib.“Qoy 500-600 dollar alaq, amma sexlərdə sabit şəkildə işləyək”, - Lukaşenko əlavə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !