Luqanskda silahlı separatçılardan daha bir hücum

14:29 | 04.05.2014
Luqanskda silahlı separatçılardan daha bir hücum

Luqanskda silahlı separatçılardan daha bir hücum

Əllərində Rusiya bayrağı olan hərbi geyimli silahlılar ötən gün axşam saatlarında Luqanskda hərbi komissarlığın binasını ələ keçirməyə cəhd ediblər.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, separatçılar “Molotov kokteyl”indən və avtomat silahdan istifadə ediblər.

 

Hərbi komissarlığın binasında olan hərbçilər separatçıların hücumunu dəf edə bilib. DİN atışma nəticəsində 2 hərbçinin yaralandığını bildirib.  

 

Qeyd edək ki, ötən gün “Cənub-Şərqin Ordusu” adlı Rusiya yönümlü qanunsuz silahlı qruplaşma Luqansk vilayəti ərazisində fövqəladə vəziyyət və komendant saatı elan edib.

 

Xatırladaq ki, ötən gün axşam saatlarında silahlı separatçılar Luqanskda Ukrayna DİN Daxili Qoşunlarının 3035 saylı alayına hücum ediblər.

 

Luqansk vilayəti üzrə DİN İdarəsinin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binasını ələ keçirmiş silahlılar hərbi hissəyə hücum zamanı işıq-səs qumbaralarından və avtomat silahdan istifadə ediblər. Müdafiə Nazirliyinin məlumatına görə, separatçıların hücumunu dəf etmək mümkün olub.    

 

Rusiyanın "Rossiya 24" telekanalının məlumatına görə, Luqanskda döyüşlərdə 1 separatçı ölüb, daha 2-si yaralanıb. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM