• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

Macarlardan Azərbaycana dəstək: “Biz ədalətin yanındayıq”

Macarlardan Azərbaycana dəstək: “Biz ədalətin yanındayıq”
20.06.2014 17:44
Qarabag.info Macarıstan Turan Vəqfinin rəhbəri Andras Bironun Azərbaycana səfəri ərəfəsində ona Dağlıq Qarabağ probleminin Macarıstanda təbliği ilə bağlı sualla müraciət edib.
A.Biro açıqlamasında bildirib ki, Macarıstan Azərbaycanın yanında olub və olacaq da: “Biz hər zaman Azərbaycanın yanındayıq və bir çox məsələlərdə, əsasən də Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyirik. O cümlədən ölkənizin başına gətirilən bir çox faciələri, xüsusilə də Xocalı soyqırımının baş verdiyini başa düşürük. Biz istəyirik ki, Azərbaycan öz torpalarını geri qaytarsın. Bunun üçün biz Azərbaycana istənilən köməyi göstərməyə hazırıq. Hətta beynəlxalq təşkilatlarda rəsmi Bakının mövqeyini müdafiə edəcəyik”.
O, həmçinin bildirib ki, Azərbaycan və Macarıstan tərəfdaş deyil, qohum xalqdır: “Azərbaycan və macar xalqlarını tərəfdaş münasibətlər deyil, qohumluq əlaqələri bağlayır və macar xalqı Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması ilə bağlı həqiqətlərin Macarıstanda və bütövlükdə Avropada geniş yayılmasında əllərindən gələn dəstəyi göstərməyi qardaşlıq borcu sayırlar. “Qarabağ mövzusunda Azərbaycanlı qardaşlarımızın yanındayıq və bu məhz ədalətin yanında olmaqdır!”
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Zəngəzur dəhlizi üzrə plan təqdim edib, Rusiya əsəbləşir
Siyasət 08:59
Tramp Zəngəzur dəhlizi üzrə plan təqdim edib, Rusiya əsəbləşir
Prezident Mirziyoyevlə görüşündən paylaşım edib - Video
Siyasət 00:01
Prezident Mirziyoyevlə görüşündən paylaşım edib - Video
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində
Siyasət 21:00
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində
Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN
Siyasət 20:27
Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:19
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Özbəkistan səfirliyinin yeni binası açılıb
Siyasət 18:30
Bakıda Özbəkistan səfirliyinin yeni binası açılıb
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
Siyasət 18:10
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
Moskvanı müvafiq tədbirlər görməyə çağırırıq - XİN
Siyasət 17:13
Moskvanı müvafiq tədbirlər görməyə çağırırıq - XİN
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Siyasət 16:39
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol