Oxu.Az xəbər verir ki, sənətçi bir çox ölkələrdən ona qarşı gələn etirazlara baxmayaraq, səhnə aldığı Tel-Əviv Ekspo Mərkəzinin səhnəsinə çıxaraq 8 dəqiqəlik perfomans nümayiş etdirib.
Madonna repertuarında yer alan iki mahnı səsləndirib. Pop ulduzun ifa etdiyi "Future” mahnısı zamanı səhnəyə çıxan iki rəqqas diqqət çəkib. Rəqqaslardan birinin üzərində Fələstin, digərinin üzərində İsrail bayrağı olması gecədə təzadlı fikirlərə yol açıb.
Yaranmış qalmaqallı olayla bağlı yarışmanın təşkilatçıları açıqlama yayıblar. Onlar bildiriblər ki, Madonnanın çıxışı zamanı bayraqların nümayişi Avropa Yayım Şurası və İsrail Milli Teleradio şirkəti ilə razılaşdırılmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !