Magistraturaya proqram seçimi başlandı

16:35 | 31.03.2015
Magistraturaya proqram seçimi başlandı

Magistraturaya proqram seçimi başlandı

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Bakalavrın elektron ərizəsi"ndə qəbul proqramının seçilməsi və təsdiqi prosesinə başlayıb.

 TQDK-dan "Report"a verilən məlumata görə, magistraturaya proqram seçimində qəbul imtahanın I mərhələsində iştirak etmiş və müsabiqə şərtini ödəmiş bakalavrlar iştirak edə bilər.
Bakalavrlar ilk növbədə bitirdiyi bakalavr ixtisasına müvafiq qəbul proqramı müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaq. "Bakalavrın elektron ərizəsi"ndə qəbul proqramının seçilməsi və təsdiqi aprelin 10-da başa çatacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM