• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Magistraturaya qəbul imtahanının açıq tipli tapşırıqlar üzrə nəticələri açıqlanıb

Magistraturaya qəbul imtahanının açıq tipli tapşırıqlar üzrə nəticələri açıqlanıb
13.02.2024 14:36
Fevralın 11-də keçirilən magistraturaya qəbul imtahanın qabalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların (95 tapşırıq) nəticəsi açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
 
Məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19 725 bakalavrdan 421 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda yenə tıxac var
Cəmiyyət 08:36
Yollarda yenə tıxac var
Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib
Cəmiyyət 21:33
Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
Cəmiyyət 21:28
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
Ramazanın 14-cü gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 21:11
Ramazanın 14-cü gününün duası,imsak və iftar vaxtı
Qanunsuz kömür istehsal edən şəxslər cərimələnib
Cəmiyyət 20:38
Qanunsuz kömür istehsal edən şəxslər cərimələnib
"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 19:30
"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
Cəmiyyət 18:45
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
Vardanyan aclıq aksiyasını dayandırıb
Cəmiyyət 18:25
Vardanyan aclıq aksiyasını dayandırıb
Fazil Qasımov və Anar Əliyevə hökm oxunub
Cəmiyyət 18:19
Fazil Qasımov və Anar Əliyevə hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol