Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlandı

17:15 | 28.04.2015
Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlandı

Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlandı


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına aprelin 26-da keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

ANN.Az xəbər verir ki, TQDK-dan verilən məlumata görə, imtahanda iştirak etmək hüququ olan 10170 bakalavrdan 348 nəfəri imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar mayın 7-dən 12-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə 28) aprelin 29-dan mayın 1-dək (saat 10:00-dan 17:00-dək) Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Bakalavrlar Apelyasiya komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM