"Maarifçi" Tələbə Kredit Fondu gələcəkdə magistratura pilləsində təhsil alanlara güzəştli kreditlər verməyi planlaşdırır.
Anews.az Trend-ə istinadla xəbər verir ki, gələcəkdə magistratura pilləsi fərqli istiqamətlər üzrə kreditlərin təqdim olunmasını planlaşdırır. Kredit növləri və şərtləri isə hələlik müəyyənləşdirilməyib.
Fonddan qeyd edilib ki, hazırda təhsil haqqı üçün müraciətlərin üstünlük təşkil etdiyini nəzərə alaraq, kreditlərin bu istiqamətdə verilməsinə daha çox diqqət ayırıblar. Növbəti illərdən tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. kimi ehtiyac və təyinata görə də kreditlər təqdim etməyi nəzərdə tuturlar.
Fonddan qeyd edilib ki, bu ildən başlayaraq, aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı üzrə faizsiz təhsil kreditləri təqdim etməyə başlayıblar. 11 sentyabr – 13 oktyabr 2017-ci il tarixli elan sessiyasında faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrə təqdim olunub. Seçim meyarlarına uyğun olan tələbələrlə 41 təhsil krediti müqaviləsi imzalanıb.
Xatırladaq ki, "Maarifçi" Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib.
Hazırda Fondun kreditləri yalnız təhsil ilə bağlı xərcləri qarşılamaq üçün nəzərdə tutulub. Kredit tələbəyə nağd və ya bank transferi formasında təqdim olunmur. Sadəcə olaraq, Fond tələbənin universitet qarşısında olan təhsil haqqı borcunu uzunmüddət ərzində ödənilməsini təmin edir.
Tələbə aldığı kreditə görə təhsil aldığı müddət ərzində və məzun olduqdan sonrakı güzəşt müddəti ərzində hər hansı bir faiz və ya əsas məbləğ ödənişi həyata keçirmir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !