"Legiya”nın baş məşqçisi Aleksandr Vukoviç komandanın azərbaycanlı hücumçusu Mahir Emreli ilə görüşüb.
Vukoviç "Legiya”dan ayrılmaq istəyən Emreliyə komandada qalmalı olduğunu bildirib. Baş məşqçi hücumçuya bildirib ki, komandanın ona ehtiyacı var. Mahir isə bu barədə yekun qərarı vermədiyini qeyd edib.
Ancaq "Meczyki” nəşri iddia edir ki, bu görüş futbolçuya yaxşı təsir edib və 25 yaşlı hücumçu ən azı mövsümün sonuna qədər "Legiya”da qalacaq.
Xatırladaq ki, "Legiya” fanatları Ekstraklasanın 18-ci turunda "Visla”ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !