İrlandiyalı döyüşçü Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovu vurmağa çalışıb.
Oxu.Az xəbər verir ki, bu, çəkiölçmə mərasimində baş verib.
Şou hərəkətləri və daha çox rəqibi qıcıqlandırması ilə tanınan Makqreqor yenə ənənəsindən əl çəkməyib.
Belə ki, o, Nurməhəmmədovun əlindən vurub və ona təpik atmağa çalışıb. Lakin yenə Nurməhəmmədovu qıcıqlandırmaq mümkün olmayıb.
Çəkiölçmə mərasiminə gəlincə, hər iki idmançının yüngül çəkisi olduğu müəyyənləşib. Nurməhəmmədov 70,3 kq, Makqreqor 70,1 kq olub.
Əgər hər iki idmançıdan birinin çəkisi ağır olsaydı, onların yerinə rinqə amerikalı Toni Ferqyuson çıxacaqdı.
Qeyd edək ki, ABŞ-ın Las Veqas şəhərində keçiriləcək bu görüş Bakı vaxtı ilə sabah saat 6:00-da başlayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !