Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistana səfər edəcəyi gözlənilir. Bu barədə erməni teleqram kanalları məlumat yayıb.
Məlumata görə, səfər sentyabrın 9-10-a nəzərdə tutulur. Makron əvvəl Ermənistana, sonra Azərbaycana səfər edəcək.
Səfər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Siyasi məsələlər üzrə politoloq Tural İsmayılovun sözlərinə görə, Emmanuel Makronun Ermənistana səfəri Ermənistan Fransa müttəfiqliyinin davamı kimi xarakterizə edilir.
"Bütövlükdə Fransanın həyata keçirdiyi qəbuledilməz xətt bütün regionlar üçün təhlükəli prespektivlər Fransanın hüququnu heçə sayaraq, qanunsuz və haqsız tələblərinə boyun əyməyi əslində vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Hər halda, Makronun Ermənistana səfəri Ermənistanda güclənən antirusiya əhval ruhiyyəsi ilə eyni vaxta təsadüf edir. Həmçinin Avropa İttifaqının mülki müşahidə missiyasının adı altında Ermənistan ərazilərində qərb kəşfiyyatının geniş şəkildə "at oynatması" vəziyyətin nə qədər ciddi və təhlükəli tendensiyalarla nümayiş edə biləcəyini indidən göstərir'',- politoloq vurğulayıb.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !