Malayziyada miqrantların kütləvi məzarları tapıldı

14:28 | 25.05.2015
Malayziyada miqrantların kütləvi məzarları tapıldı

Malayziyada miqrantların kütləvi məzarları tapıldı

Myanmar və Banqladeşdən miqrantların kütləvi basdırıldığı güman edilən məzarlara görə məsuliyyət daşıyanlar tapılacaq və cəzalandırılacaq. Bunu Malayziyanın baş naziri Najib Razak mayın 25-də tvitterdə yazıb. "Malayziya torpağında tapılan məzarların qaçaqçılıq yoluyla daşınan şəxslərə məxsus ola bilməsindən çox narahatam,” baş nazir yazıb.

Malayziya polisi mayın 25-də bildirib ki, miqrantların olduğu güman edilən 139 məzar ölkənin Tailandla sərhədi yaxınlığında aşkarlanıb. Bəzi qəbirlərdə birdən çox cəsəd var.

Məzarlar şübhəli insan qaçaqçılığı düşərgələrinin yaxınlığında tapılıb. Rəsmilər düşərgələrin azı beş il ərzində mövcud olduğunu deyir.

Rəsmilər inanır ki, öldürülənlərdən çoxu Myanmardan Rohingya müsəlmanlarıdır.

Bu ayın əvvəlində Tailand rəsmiləri Malayziya ilə sərhəd yaxınlığında bir neçə kütləvi məzarlıq aşkarlayıb. Həmin məzarlarda da Rohingya müsəlmanları və Banqladeş miqrantlarının cəsədləri tapılıb. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM