Radarlardan itmiş Malayziyanın Air Asia şirkətinin təyyarəsi hava burulğanlığına düşüb və kursu dəyişdirməyə cəhd edərkən Belitunq adasının yaxınlığında suya düşüb. Trend RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu İndoneziyanın Milli axtarış-xilasetmə xidmətinin ictimayyətlə əlaqələr şöbəsinin rəisi Supriandi Minqqu bildirib.
Onun sözlərinə görə, axtarış-xilasetmə komandası artıq Belitunq adasına yollanılıb.
Xatırladaq ki, bazar günü göyərtəsində 162 nəfərə yaxın insan olan təyyarə ilə əlaqə kəsilib.
İndoneziya nəqliyyat nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrutu tələb ediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !