Maliyyə Nazirliyi inflyasiya proqnozunu artırıb

13:07 | 02.06.2023
Maliyyə Nazirliyi inflyasiya proqnozunu artırıb

Maliyyə Nazirliyi inflyasiya proqnozunu artırıb

Azərbaycanın Maliyyə Nazirliyi 2023-cü il üçün Azərbaycan büdcəsində neftin qiymətini 2022-ci ilin payızında qəbul olunmuş büdcədə nəzərdə tutulan $50/1 bareldən $60/barelə qədər artırmaq niyyətindədir. Bu barədə maliyyə naziri Samir Şərifov bildirib.
     
"Hazırda Azərbaycan neftinin 1 barrelinin real dəyəri 2023-cü ilin büdcəsində nəzərdə tutulandan  $36,3 çoxdur. Bununla əlaqədar Maliyyə Nazirliyi cari ilin büdcəsində neftin dəyərinin 60 dollara çatdırılmasını təklif edir. Bu, riskli addım kimi görünə bilər, lakin biz büdcə parametrlərini real qiymətlərə yaxınlaşdırmaq istəyirik”, -  Şərifov cümə günü Milli Məclisin İqtisadiyyat Komitəsinin iclasında bildirib.
     
Onun sözlərinə görə, ölkənin  2023-cü il büdcəsinin gəlirləri 30,8 milyard manatdan 33,8 milyard manata, xərcləri isə - 33,4 milyard manatdan 36,6 milyard manata kimi artırılb. 
 
Cari ilin büdcə kəsiri də 2 milyard 789 milyon manata kimi yüksəlib. 
 
Hökumət həmçinin təsdiq edilmiş büdcə layihəsində nəzərdə tutulan inflyasiya proqnozunu 6,9%-dən 10,4%-ə yüksəldib.
     
Azərbaycanın 2023-cü il büdcəsində müdafiə və təhlükəsizlik xərcləri 1 milyard manat artıraraq 4,070 manata kimi yüksəldib. Qarabğın işğaldan azad edilmiş ərazilərinə  ayrəlan xərclər də  əvvəlki 3 milyard manatdan 5,3 milyard manata kimi artırılıb. 
     
Azərbaycan hökuməti həmçinin 2023-cü ildə ölkənin ÜDM artımı proqnozunu cari il üçün nəzərdə tutulan 2,7%-dən 2,8%-ə yüksəldib. Qeyri-neft ÜDM 4,5%-dən 4,9%-ə yüksəldi.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb