"Malyorka"nın futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

20:00 | 26.03.2023

"Malyorka"nın futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

İsveç yığmasının futbolçusu Lüdviq Auqustinsson evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

Buna 29 yaşlı sol cinah müdafiəçisinin Belçikaya 0:3 hesabı ilə uduzduqları matçda zədələnməsi səbəb olub.

Yığmanın düşərgəsini tərk edən İspaniya "Malyorka"sının üzvünü İngiltərənin "Uotford" klubunun futbolçusu Ken Sema əvəzləyib.

Martın 27-də Solna şəhərində keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM