Manata görə Bakıda toplantı

10:55 | 27.02.2015
Manata görə Bakıda toplantı

Manata görə Bakıda toplantı

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanın maliyyə sektorunun ikinci qiymətləndirilməsinə başlayacaq. 

ANS PRESS-in məlumatına görə, beynəlxalq təşkilatlar maliyyə sektorunun sabitliyi və inkişafı məsələləri qiymətləndirəcək. 

BVF və Dünya bankının nümayəndələri martın 2-dən 17-dək Bakıda səfərdə olacaq. 

Qiymətləndirmə zamanı əsas diqqət maliyyə xidmətlərinə (kapital bazarı, banklar, sığorta və ipoteka), hüquq və nəzarət məsələləri, maliyyə resurslarının mümkünlüyünə göstəriləcək.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Takın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdi. 

Həmin görüş zamanı 2015-ci ilin əvvəlində həyata keçiriləcək Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramına (FSAP) hazırlıq və bank sektorunda davam etməkdə olan kapitallaşdırma və konsolidasiya prosesləri də daxil olmaqla bank sisteminə dair məsələlər müzakirə edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM