"Manata tələbat artacaq" - EKSPERT

13:15 | 19.05.2015

"Manata tələbat artacaq" - EKSPERT

"Birmənalı şəkildə, qitədə ilk dəfə təşkil ediləcək bu oyunlar milli valyutaya tələbin artması baxımdan müsbətdir"

ANN.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində  I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin manata olan tələbə necə təsir göstərməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Son zamanlar ən çox verilən suallardan biri də odur ki, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi manata olan tələbə necə təsir göstərəcək? Bu sualı cavablandıran ekspert bildirib: "Birmənalı şəkildə, qitədə ilk dəfə təşkil ediləcək bu oyunlar milli valyutaya tələbin artması baxımdan müsbətdir. Sözügedən oyunların Azərbaycanda keçirilməsi manata tələbin artmasına, eləcə də xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. I Avropa Oyunları zamanı ölkəmizə bütövlükdə 100 mindən artıq əcnəbinin gələcəyi gözlənilir. Beynəlxalq standartlara görə, hər bir turistin Azərbaycanda olduğu hər həftədə 1000 dollar xərclədiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən müddətdə orta hesabla ölkənin valyuta bazarına 200 milyon dollar əlavə vəsait daxil olacaq". 

Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və həmçininin xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq: "Aprelin ayının ikinci yarısından başlayaraq, xarici valyutalara tələbin azaldığını nəzərə aldıqda Mərkəzi Bank iyun üçün pronoqzlaşdırılan intervensiya xərclərinin bir hissəsinin turistlərin xərcləmələri hesabına qapaya biləcək".
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM